Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
28.05.2022, 00:07
Qoç - imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin. Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın. Fiziki işdə fayda var. Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.
Buğa - emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır. Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun. Səhhətinizin qayğısına qalın. Travma riski var. Yolda diqqətli olun.
Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın. Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.
Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar. Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür.
Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər.
Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın.
Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq.
Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar.
Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın. Mövqeləriniz həmişəki kimi güclü deyil.
Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin.
Qız - qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil.
Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.
Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin.
Tərəzi - emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın.
Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun. Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın.
Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın.
Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın.
Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır.
Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır.
Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin.
Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin.
Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər.
Oğlaq - çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin.
Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər.
Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.
Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun.
Gərginlikdən qurtulmağın yollarını tapın.
Axşam saatlarında istirahət edin.
Dolça - yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər.
Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil.
Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb.
Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır.
Balıqlar - yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır. Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.
Hiss və emosiyalarınıza hakim olun. Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər. Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın. Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
Bugün, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
Bugün, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
Bugün, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
Bugün, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
Bugün, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
Bugün, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
Bugün, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılovu istefaya göndərildi
Bugün, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
Bugün, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
Bugün, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
Bugün, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
Bugün, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
Bugün, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
Bugün, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
Bugün, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
Bugün, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
Bugün, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
Bugün, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
Bugün, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
Bugün, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Bugün, 13:11 KRİMİNAL
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq müqaviləsi imzalanıb + FOTOLAR
Bugün, 12:57 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 12:25 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:10 CƏMİYYƏT
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: "“ChatGPT” çox yaxşı şeydir"
Bugün, 12:10 SİYASƏT
-
RAMİZ MEHDİYEV MƏHKƏMƏYƏ GƏLMƏDİ: hakim işi baxışa qəbul etdi - Tarixi proseslə bağlı qərar verildi (YENİLƏNİB)
Bugün, 11:54 GÜNDƏM
-
Deputat naziri qınadı: “Səhiyyə naziri qəbula gedir, bəndi-bərəni elə kəsdirirlər..."
Bugün, 11:49 SİYASƏT
-
“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? - Deputat parlamentdə hirsləndi, Emin Əmrullayevə ismarıc göndərdi: "Axı sənin köməkçin var"
Bugün, 11:30 SİYASƏT
-
Cəlilabadda 7 il əvvəl qətl törədən şəxs tutulub
Bugün, 11:21 KRİMİNAL
-
Deputat kimdən üzr gözləyir? - AÇIQLAMA
Bugün, 11:16 SİYASƏT
-
Lənkəran Şəhər İcra Hakimiyyətinın sərəncamı məhkəməlik oldu
Bugün, 11:07 CƏMİYYƏT