Podolyakdan yeni dünya savaşı barədə xəbərdarlıq: "Rusiya qalib gəlsə, bizdən intiqam almaq istəyəcək"

img

27-05-2022 [13:52]


“Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, - o söyləyib.

M.Podolyakın sözlərinə görə, hazırda Rusiya Ukraynanın şərqinə kifayət qədər resurs toplayıb və hər şeyi riskə atıb: “Onlar heç olmasa bizim ərazimizin bir hissəini ələ keçirmək istəyirlər. Ona görə də şiddətli döyüşlər gedir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR