MN: "Rusiyanın daha 12 hücumunun qarşısı alınıb"

img

27-05-2022 [10:53]


Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib: "Eyni zamanda, Rusiyanın 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib"..

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir: "Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR