Şirvan şəhərində vətəndaşlarla növbəti səyyar görüş keçirilib - FOTOLAR
26-05-2022 [19:52]
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 26 may 2022-ci il tarixdə 9 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qəbuldan öncə Şəhər İcra Hakimiyyətinin başçısı məktəbdə “Şuşa ili”nə həsr olunmuş sərgi ilə tanış olub. Məktəbin məzunu, şəhid Əliyev Ramil Vüqarəddin oğlunun adını daşıyan Tarix otağında şagirdlərlə görüşüb, dərslərində uğurlar arzu edib, onlara Əliyevin Ramilin vətənpərvərliyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığını, problemlərinin diqqətlə araşdırıldığını və həlli istiqmətində müvafiq tədbirlər həyata keçirildiyini bildirib. 2 il ərzində bütün dünyada olduğu kimi ölkəmizdə də pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs edib.
Vətəndaşların qrup və fərdi qaydada qəbulunun 2022-ci ilin mart ayından bərpa olunduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı sakinlərin mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təşkil olunacaq səyyar görüşlərlə bağlı məlumatlandırılacağını qeyd edib. Dünyanın dini liderlərinin Bakıda keçirilən Zirvə görüşündən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xarici ölkələrdə keçirdiyi tədbirlərdən, humanitar forumlardan, Qoşulmama Hərəkatından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının uğurla icrası barədə ətraflı məlumat verib. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Küçələrin işıqlandırılmasından, mərkəzi və məhəllədaxili yolların asfaltlandırılmasından, yeni salınan abad məhəllələrdən şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasından söz açıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış sahəsi ilə təmin olunmaq barədə olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib.
Millət vəkili İltizam Yusifov şəhər ərazisində son dövrlərdə görülən işlərdən danışaraq, yaxın gələcəkdə Şirvanın ən inkişaf etmiş gözəl şəhərlərdən birinə çevriləcəyini bildirib. Həllinin İcra Hakimiyyəti strukturunun fəaliyyət dairəsinə aid olmayan vətəndaşlar müraciətlərinin həlli ilə bağlı müvafiq işlər görüləcəyini qeyd edib. Bəzi problemlərin Milli Məclisdə yeni qanun layihələri müzakirə olunarkən səsləndiriləcyini söyləyib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən şəhər sakinləri səyyar görüşlərin təşkilinə, şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinə və onların sosial problemlərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR