Bağdadinin qardaşı olan İŞİD lideri Türkiyədə saxlanılıb

img

26-05-2022 [12:47]


Türkiyənin İstanbul şəhərində İraq Şam İslam Dövlətinin (İŞİD) lideri saxlanılıb.

Mia.az lent.az-a istinadla məlumatına görə, “İslam dövləti terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Küreyşi İstanbulda Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Türkiyə mətbuatının məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə keçirilən əməliyyatın nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Əməliyyatın Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Terrorla Mübarizə İdarəsi ilə birgə keçirildiyi bildirilir.

Qeyd olunur ki, İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin qardaşı Əbu əl-Həsən əl-Qureyşi 2022-ci ilin martında İŞİD lideri olub. Əsl adı Cuma Avad əl-Bədridir.

Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, o, 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsindən sonra İraqın müxtəlif radikal qruplaşmalarının üzvü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR