Həbsdə olan bloger, jurnalist və siyasilər əfv olunacaq?
26-05-2022 [12:25]
28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin əfv sərəncamı verəcəyi gözlənilir.
Mia.az xəbər verir ki, siyahıda həbsdə olan bloger və jurnalistlər, siyasi şəxslər, tanınmış ictimai şəxslərin adlarının da olması barədə xəbərlər var.
Məlumata görə, 2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) maliyyələşdirməkdə ittiham olunaraq həbs edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun da adı əfv siyahısına daxil edilən məhbuslar sırasındadır.
Qardaşı Taleh Rüstəmov BBC News Azərbaycancaya müsahibəsində Saleh ilə bazar ertəsi günü danışdığını və onun əfv olunacağına inandığını bildirib: “Saleh ona verilən cəzanın yarısından çoxunu çəkdiyi, eləcə də həbsdə olduğu müddətdə hər hansı inzibati pozuntuya yol vermədiyi üçün qardaşımın əfv olunacağına ümidim böyükdür. Onun heç azadlıqda olanda da heç kəslə işi yox idi. Eşidirəm ki, digər siyasi məhbuslara həbsxanalarda aqressiv münasibət var, amma qardaşımın həbsdə olduğu 4 il ərzində ona qarşı aqressiya olmayıb”.
Komissiya üzvləri olan hüquq müdafiəçiləri qeyd edirlər ki, həbs olunan şəxsin əfv siyahısına düşməsi üçün başlıca meyarlar məhbusun ona verilən cəzanın yarıdan çoxunu çəkmiş olması, şəxsin törətdiyi əmələ münasibətdə səmimi peşmançılığı, dəymiş zərərin ödənilməsi və ya bu istiqamətdə real addımların atılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsidir.
Bu meyarlar çərçivəsində hazırlanan siyahıya ümumilikdə 58 məhbusun adının salındığını bildirilir.
Məlumata görə, siyahıda Hüseyn Abdullayev, Elçin Məmmədli, OMON-çular, dindarlar var.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Məhərrəmli isə bu gün azadlığa çıxıb. Xatırladaq ki, Aqil Məhərrəmli 2018-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ruslan Nəsirov, Babək Həsənovla birgə həbs olunub. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndiriliblər. Həmin vaxt istintaqdan gizləndiyi üçün isə Eltac Əlisoy barəsində axtarış elan olunub.
2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.
Xatırladaq ki, Babək Həsənov ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub