Bayden Azərbaycana yeni səfir göndərir - Libbi kimdir?

img

26-05-2022 [10:02]


ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

O, Massaçusetsdəki Tafts Universitetində bakalavr, fəxri məzunu olduğu Milli Müharibə Kollecində magistr dərəcəsi alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda (“Sciences-Po”) təhsil alıb. Polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.


Digər xəbərlər
SON XƏBƏRLƏR