Rəsmi Moskvadan Azərbaycan-Ermənistan arasında gedən danışıqlara reaksiya: "Bizim ekspert komandası artıq formalaşdırılıb” - "Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq"

img

25-05-2022 [17:32]


Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın işinə məşvərətçi yardım etməyə hazırdır.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

O bildirib ki, Rusiya postsovet məkanında sərhədlərin delimitasiyası, sərhədyanı mübahisələrin nizamlanması sahəsində unikal ekspert potensialına malikdir: "Əlbəttə ki, bizim sərəncamımızda lazımi kartoqrafik materiallar var. Öz təcrübəmizi erməni və azərbaycanlı dostlarımızla komissiyanın fəaliyyəti çərçivəsində bölüşməyə şad olacağıq. Bildiyiniz kimi, məşvərətçi yardım göstərmək üçün Rusiyanın ekspert komandası artıq formalaşdırılıb”.

Zaxarova qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir: "Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və İrəvanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir. Bu istiqamətdə səylərin əsasını təşkil edən ölkə rəhbərlərinin imzaladığı üçtərəfli bəyannamədir. Rusiya bütün məsələlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ictimai dialoqun qurulması, həmçinin sülh müqaviləsinin işlənib hazırlanmasında tərəfdaşlarına hərtərəfli dəstək göstərir. Avropa İttifaqının yüksək səviyyədə üçtərəfli razılaşmaların icrası prosesinə qoşulma səylərinin şahidi oluruq. Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq, əksinə, üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək"


Digər xəbərlər
SON XƏBƏRLƏR