Putin fərman verdi - Ukraynanın daha iki şəhərinin sakinlərinə Rusiya vətəndaşlığı verilir

img

25-05-2022 [15:23]


Putin Ukraynanın daha iki şəhərinin sakinlərinə Rusiya vətəndaşlığı verir.

Mia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinin Rusiya Federasiyası vətəndaşlığını almaları üçün prosedurun asanlaşdırılması barədə fərman imzalayıb.

Fərmana əsasən, bu şəhərin vətəndaşlıq üçün müraciət edən istənilən sakininə daha sadə qayda ilə usiya vətəndaşlığı veriləcək.

Xatıladaq ki, bir müddət əvvəl Putinin sözçüsü Peskov Xerson sakinlərinin Rusiyaya vətəndaşlıq üçün müraciət etməli olduqlarını bəyan edib: "Əgər onlar Rusiyaya bu məqsədlə müraciət edərsə, biz buna baxacağıq".

Rəsmi Kiyev isə bu aaçıqlamanı həmin vaxt çox sərt qarşılamışdı.

Onu da qeyd edək ki, Rusiya Ukraynanın Donbas bölgəsinin əhalisinin bir hissəsinə Rusiya pasportları verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR