Ceyhun Bayramov Estoniya parlamentinin sədri ilə görüşüb
25-05-2022 [13:55]
Mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniya parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az XİN-ə istinadla bildirir ki, qonaqları salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini bildirib. Ölkələrimiz arasında son zamanlar intensiv dialoqun həyata keçirildiyi, o cümlədən parlament ölçüsündə qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib. Nazir, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu, bu müddət ərzində əlaqələrin inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu səsləndirib.
Parlamentin sədri Yuri Ratasın Azərbaycana səfərinin çox məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlət başçısı ilə keçirilən görüşə, Şuşa şəhərinə edilən səfərə məmnunluqla istinad edib. O, iki ölkə arasında tarixi bağların olduğunu qeyd edib və Azərbaycan xalqını 28 may - Müstəqillik Günü münasibətilə təbrik edib.
Görüşdə, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə, informasiya texnologiyaları, təhsil, alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Estoniya parlamentinin sədrinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər arasında baş tutan görüş barədə məlumat verib.
Yuri Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib