Ceyhun Bayramov Qazaxıstan xarici işlər naziri ilə müzakirə aparıb

img

25-05-2022 [14:12]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.

Mia.az XİN-ə istinadla bildirir ki, nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR