Deputat: "Bank kreditlərinin faizləri niyə yüksəkdir, axı?"

img

25-05-2022 [13:09]


“Mən Milli Məclisə üzv seçiləndə cavan oğlan idim. O vaxtdan bəri bank kreditlərinin faizlərinin aşağı salınmasını deyirəm. Bu məsələyə baxılmalı, bank kreditləri ucuzlaşdırılmalıdır"

Mia.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O əlavə edib ki, ölkədə kənd təsərrüfatının inkişaf tempi artırılmalıdır: “Bu, inflyasiyanı aşağı salar".

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə deyib ki, bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir: "Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxiləsi edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.

Nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR