Rusiya və Çin təyyarələri 13 saat birgə patrul xidməti həyata keçirib

img

24-05-2022 [15:58]


Rusiya və Çin hərbçiləri Yapon və Şərqi Çin dənizində birgə patrul xidməti həyata keçirib.

“RİA Novosti” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin “Tu-95MS” raketdaşıyıcısı Çin Hərbi Hava Qüvvələrinə məxsus “Xun-6K” strateji bombardmançı təyyarələri ilə birlikdə Yapon və Şərqi Çin dənizləri üzərində 13 saatlıq patrul xidməti həyata keçirib.

Məlumata görə, Rusiyanın raketdaşıyıcısı müxtəlif mərhələdəki marşrutda Cənubi Koreya və Yaponiyaya məxsus təyyarələri müşayiət edib.

Nazirlik vurğulayıb ki, Rusiya və Çin təyyarələri beynəlxalq hüquqa uyğun olaraq xarici dövlətlərə məxsus təyyarələrin hava məkanını pozmasına yol verilməməsi tapşırıqlarını həyata keçiriblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR