Cəlilabadda 2 nəfər azyaşlını hədə-qorxuyla soyan şəxslər tutulub

img

24-05-2022 [12:04]


Cəlilabadda 2 nəfər azyaşlını hədə-qorxuyla soyan şəxslər tutulub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinə mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində 2 nəfərin azyaşlıya hədə-qorxu gələrək 69 000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR