Ərdoğan: "Türkiyə tezliklə yeni antiterror əməliyyatlarına başlayacaq"

img

23-05-2022 [21:53]


"Türkiyə tezliklə yeni antiterror əməliyyatlarına başlayacaq".

Mia.az xəbər verir ki, bu anonsu  Prezident Rəcəb Tayyib Ərdoğan verib.

O bildirib ki, Türkiyə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etmək üçün cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonası yaradılacaq: "Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlara da cavabımız olacaq. Bütün bunlara baxmayaraq, bəziləri bizə sülh, dostluq deyirlər. Belə sülh olmur. Siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız. Biz işimizi bilirik, lazımi addımları necə atacağımızı bilirik. Cənab Andersson (İsveçin baş naziri Maqdalena Andersson – red) mənə nə dedin, amma Stokholm küçələrində terrorçular qışqırır! Almaniyada da eynidir. Amma vətəndaşlarımızdan biri bunu edəndə bizə əziyyət verirlər. Təhlükəsiz zonalara hücumlar bizim əməliyyat prioritetimizdir. Ümid edirəm ki, Türkiyə Silahlı Qüvvələri, bizim kəşfiyyatımız hazırlıqlarını tamamlayan kimi bu məsələlər dəyərləndiriləcək. Ölkəmizin təhlükəsizlik həssaslığına hörmət edənlərlə öz maraqlarından başqa heç bir qayğısı olmayanlar arasında fərq qoyacaq və gələcək siyasətimizi buna uyğun formalaşdıracağıq”


Digər xəbərlər
SON XƏBƏRLƏR