Baş nazirin müavinin qardaşı qızı səfirdən 46500 manat tələb edir - Qalmaqal

img

23-05-2022 [16:28]


Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova keçmiş ərindən 50 min manata yaxın pul tələb edir.

Mia.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92800 manat olan mənzil alıb. Eyyubova həmin mənzilin dəyərinin tam yarısının (46 500 AZN) Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.

İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıb. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.

Xatırladaq ki, Anar Məhərrəmov hazırda Azərbaycanın Estoniyadakı səfiridir. O, Bakı Dövlət Universitetinin sabiq rektoru (1999-2018) Abel Məhərrəmovun oğludur. Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Onun da ixtisasca diplomat olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR