Milli Məclisin növbədənkənar sessiyasının çağrılması... - Deputatlar imza toplayır

img

23-05-2022 [13:37]


Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün imzatoplama keçirilir.

Məlumata görə, deputatlar iyun ayında növbədənkənar sessiyanın çağrılması ilə bağlı parlament sədrinə müraciət edirlər/Report.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR