Ərdoğan Azərbaycana səfərə hazırlaşır - “Akıncı” PUA-sı 2 min km yol qət edərək Gürcüstandan keçməklə Bakıya gəlib

img

21-05-2022 [22:58]


Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstandan keçərək Bakıya enib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin tviter hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, “Akıncı” təyyarələri üç ölkənim ərazisində keçərək təxminən 2 min km yol qət edib: 

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar isə bildirib ki, birinci təyyarə səhər Bakıya yola düşüb: "ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycana gələcəyik”.

Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək.

Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda Bakıya gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR