Partiyaların maliyyələşdirilməsinə xərclənən vəsait artırılıb

img

21-05-2022 [16:37]


2021-ci ildə VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2020-ci illə müqayisədə 6,2 faiz çox vəsait xərclənib.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, 2021-ci ilin dövlət büdcəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 3,8 milyon manat məbləğində maliyyə yardımı ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 0,2 milyon manat və ya 6,2 faiz çoxdur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR