ƏƏSMN əlilliyin qiymətləndirilməsinin yeni qaydaları barədə açıqlama yaydı - DETALLAR
21-05-2022 [10:57]
Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a bildirilib ki, qaydada aşağıdakı dəyişikliklər edilib.
Belə ki, dəyişikliklərə əsasən qaydada:
- “Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri “orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəzlənib;
- Orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir;
- Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır;
Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir;
Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir;
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması:
31-60 faiz aralığında ardıcıl olaraq 15 il,
61-80 faiz aralığında ardıcıl olaraq 10 il
81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə
bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir;
Yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir;
Qaydada edilmiş dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb