MARİUPOL RUS HƏRBÇİLƏRİNƏ TAMAMİLƏ TƏSLİM OLUB - Şoyqu Putinə məruzə etdi (Yenilənib)

img

20-05-2022 [23:21]


Mariupol şəhəri və "Azovstal" zavodu tam nəzarət altına alınıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə məruzə edib.

Şoyqu bildirib ki, bu gün zavodun ərazisində olan son 500-dən çox ukraynalı hərbçidə təslim olub: "“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”.

***

XXI əsrin hərb tarixində önəmli iz buraxan Mariupol müqaviməti bu gün başa çatıb.

Məlumata görə, şəhərin müdafiəçiləri 81 günlük mühasirədən sonra Rusiya qüvvələrinə təslim olub.

Bu müddət ərzində onlar yüzlərlə rusiyalı hərbçini, o cümlədən yüksəkrütbəli zabitləri məhv edib, işğalçı qoşunların Ukraynanın digər ərazilərinə hücumunu xeyli ləngidib.

Mariupol meriyasının məlumatına görə, Rusiyanın şəhərə təcavüzü sonucunda azı 10 min nəfər həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etməyiblər. Bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu indiyədək tam ələ keçirə bilməmişdi/Report.

Mayın 16-dan etibarən isə "Azovstal"dakı döyüçülər də təslim olub. Ukrayna tərəfi təslim olan hərbçiləri və yaralıları rus hərbi əsirlərlə dəyişdirilcəyini bəyan edib.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR