Mirça Luçesku: "Dinamo"nu buraxıb gedə bilmərəm"

img

19-05-2022 [11:08]


Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin "Fənərbağça" klubundan təklif alıb.

O, bu barədə "Gazeta Sporturilor" nəşrinə açıqlamasında bildirib.

Luçesku İstanbul təmsilçisindən çox ciddi təklif aldığını vurğulayıb: "Dinamo" ilə 2024-cü ilədək müqaviləm var. Onları bu xaosun içində buraxıb gedə bilmərəm. "Fənərbağça" da daxil olmaqla çox ciddi təkliflər almışam, ancaq burada qalmağa qərar verdim. Çünki hər hansı təklifə görə "Dinamo"dan getməyim qorxaqlıq olardı. Dünyadakı heç bir şey mənə bunu məcbur etdirə bilməz".

Qeyd edək ki, Mirça Luçesku 2001/2022 mövsümündə "Qalatasaray"la, 2002/2003 mövsümündə "Beşiktaş"la Türkiyə Super Liqasının qalibi olub. Mövsümün sonunda portuqaliyalı Jorji Jezuşun "Fənarbağça"da baş məşqçi təyin olunacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR