Kadırov: “İndiki ağlım olsaydı, Basayevlə Xəttabı məhv edərdim"

img

18-05-2022 [17:37]


“Əgər indiki kimi düşünsəydim, zamanında Şamil Basayev və Əmir Xəttab kimi terroristləri məhv edərdim, belə imkan var idi”.

“RİA Novosti“ xəbər verir ki, bu sözləri Çeçenistanın başçısı Ramzan Kadırov “Bilik” cəmiyyətinin "Yeni Üfüqlər" marafonunda “Səhvləri olubmu?” sualını cavablandırarkən deyib.

“Çatışmazlıqlar vardı. Mən həmişə düşünürəm ki, əgər 1996-1998-ci illərdə mən indiki kimi düşünsə və situasiyanı indiki kimi bilsə idim, mən Basayevi, Xəttabı və qalanlarını məhv edərdim. O vaxt mənim buna imkanım var idi. O zaman ikinci kompaniya da olmazdı. Bax, bu mənim böyük səhvimdir ki, o vaxt buna yetəcək ağlım və düşüncəm çatmadı”, - Çeçenistan başçısı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR