Pakistanlı spiker Bakıda birlik çağırışı etdi: "Dünya varlar və yoxlar arasında bölünməyə davam edərsə..."

img

17-05-2022 [15:34]


“Mən Xəzər dənizinin sahilində dayanaraq bizim birləşdiyimizi görürəm. Əsrlər boyu əcdalarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər”.

Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf deyib.

Onun sözlərinə görə, regionumuz eyni taleyi bölüşür: “Biz regional problemlərin həllini kənarda axtarırıq. Dünyanın enerji sərvətinin əsas hissəsinə nəzarət edən 17 ölkədən 3-ü İƏT regionunda yerləşir. Xalqlarımız münaqişə içində yaşayırlar. Biz konsesus yaratmalı və regionumuz üçün rifahın yeni səhifəsini yaratmağa töhfə verməliyik”.

O daha sonra bildirib ki, dünya varlar və yoxlar arasında bölünməyə davam edərsə, yaşamaq üçün münasib yer olmayacaq: “Regional əməkdaşlıqdan danışarkən Kəşmir xalqının acınacaqlı vəziyyətdə yaşamasına necə göz yuma bilərik? Burada Əfqanıstandan olan həmkarlarımızın yeri görünür. Ümid edirəm ki, onlar tezliklə yanımızda olacaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR