Putinin sözçüsü dünyaya mesaj verdi: "Bu, Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq" - "Rusiya bütün hədəflərinə çatacaq”

img

17-05-2022 [12:03]


“Rusiyanın mövcudluğu Qərb üçün qıcıqlandırıcıdır. Amma buna baxmayaraq, Rusiya qalib gələcək”.

Mia.az TASS-a istinadla  xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov  “Bilik” Cəmiyyətinin marafonunda çıxışında deyib.

O bildiirb ki, buna əsla çübhə olmamalıdır: "Biz qalib gələcəyimizə, bütün məqsədlərə nail olacağımıza əminik. Hər şey yaxşı olacaq. Rusiya bütün hədəflərinə çatacaq”.

Peskov xüsusi vurğulayıb ki, bütün ölkə Putini dəstəkləyir: "Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir".

O bildirib ki, Qərb Rusiyanın istədiyi kimi yaşamağına mane olmaq üçün hər şeyi etməyə hazırdır: "ABŞ Rusiyaya düşmən dövlətə çevrilib. Rusiya öz qələbəsinə və məqsədlərinə çatacağına əmindir. Rusiya siyasi, iqtisadi və informasiya baxımından təcrid olna bilməz. Müharibə sülhlə başa çatacaq: Lakin bu sülh Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR