Avropa İttifaqı Ukraynaya daha 500 milyon avro ayırdı - Hərbi xərclər üçün

img

17-05-2022 [09:17]


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukraynaya növbəti maliyyə yardımının göstərilməsini dəstəkləyib.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel keçirdiyi brifinqində deyib.

O, bildirib ki, bu yardım hərbi texnikaya xərclənəcək.

Borrel Aİ-nin Ukraynaya hərbi məqsədlər üçün 500 milyon avro köçürəcəyini bildirib: "Bu pula zirehli texnika, tanklar, ağır artilleriya və döyüş sursatları alınacaq. Bu yardımla Avropa İttifaqından Ukraynaya ayrılan ümumi maliyyə yardım 2 milyard avroya çatıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR