Azovstal”da döyüşən 1730 ukraynalı hərbçi təslim olub, onlardan 80-i yaralıdır - MN xəbər yaydı, rəsmi Kiyev isə... (Yenilənib)

img

19-05-2022 [12:17]


Ötən sutka ərzində Azovstalda olan “Azov” millətçi alayının 771 silahlısı təslim olub.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb: "Bununla da mayın 16-dan bu yana "Azovstal"da olan silahlılardan 1730 nəfər təslim olub. Onlardan 80 nəfəri yaralıdır".

***

Son 2 gündə Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb.

Bildirib ki, onlardan 80 nəfəri yaralı olub: "Müalicə tələb edən 51 ukraynalı hərbçi Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirilib".

***

Mariupolda mühasirədə olan “Azovstal” zavodundan 51-i yaralı olmaqla 265 ukraynalı hərbçi təslim olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin hərbçilər Rusiyanın nəzarətində olan Donbas ərazisinə aparılıb.

Rəsmi Kiyevdən isə bildirilib ki, onlar yaralı hərbçiləri rus əsirlərlə dəyişməyə çalışacaqlar.

***

Rusiya ilə Ukrayna Mariupolda mühasirədə qalan “Azovstal”dan yaralıların çıxarılması üçün razılaşıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunun üçün ərazidə atəşkəs elan edilib: "Artıq humanitar dəhliz açılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR