Azərbaycanın münsiflər heyəti “Avroviziya”dan çıxarılıb - Bəyanat yayıldı

img

15-05-2022 [22:53]


“Avroviziya” mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi dünən İtaliyada keçirilmiş yarışmada səsvermə zamanı 6 ölkənin münsiflər heyətinin müsabiqədən çıxarıldığını bəyan edib.

Bu barədə AYB-nin rəsmi açıqlamasında bildirilir. 6 ölkə – Azərbaycan, Gürcüstan, Çernoqoriya, Polşa, Rumıniya, San Marinoun münsiflər heyəti ikinci yarım finalda müsabiqədən çıxarılıblar. Bu ölkələr manipulyasiyada və qaydaları pozmaqda ittiham edilir.

Avropa Yayım Birliyinin bəyanatıda deyilir:

“Münsiflər heyətinin verdiyi səsvermənin analizi zamanı ikinci yarımfinalın baş məşqindən və ikinci yarımfinaldan sonra altı ölkənin düzgün olmayan səsvermə sxemindən istifadə etdiyi müəyyən edilib.  Müsabiqənin qaydalarına uyğunluq üçün AYB səsvermə üzrə tərəfdaşları ilə çalışıb.

EBU mahnı müsabiqəsində səsvermənin manipulyasiyasına dair hər hansı şübhəli cəhdi son dərəcə ciddi qəbul edir və bu cür səslərin nəticələrə  təsir edib-etməməsindən asılı olmayaraq, rəsmi Səsvermə Təlimatlarına uyğun olaraq belə səsləri silmək hüququna malikdir”.

Mayın 14-də keçirilən final səsverməsi zamanı Azərbaycanın münsiflərinin qərarını elan edəcək aparıcı Bakıdan canlı efirə qoşula bilməyib. Bunu texniki səbəblərlə izah ediblər. Daha sonra müsabiqənin əməkdaşı Azərbaycanın Britaniyaya 12 xal verdiyini elan edib. Azərbaycan münsiflər heyəti isə İTV-nin canlı efirində bəyan ediblər ki, onlar 12 xalı Ukraynaya versələr də bu nəticələrdə əks edilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR