Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub -  Azərbaycan ən yüksək səsi hansı ölkəyə verib?

img

15-05-2022 [09:05]


Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.

Mia.az xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb. 

Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.

Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR