Ərdoğan iki ölkənin NATO-ya üzvülük məsələsinə qarşı çıxdı: "O ölkələr terror təşkilatlarının yuvasına çevrilib"

img

13-05-2022 [15:12]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvülük məsələsinə qarşı çıxıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, o, skandinaviya ölkələrinin terror təşkilatların yuvasına çevrildiyini deyərək, onların NATO-ya üzv olma məsələsinə müsbət yanaşmadıqlarını bəyan edib: "Bu baxımdan onların NATO-ya qoşulmasına müsbət baxmağımız mümkün deyil”.

Maraqlı budur ki, Ərdoğanın bu sözlərinə ABŞ-dan dərhal reaksiya verilib.

Departamentdən bildirilib ki, məsələ ilə bağlı rəsmi Ankara ilə təmas qurmağa və məsələnin detallarını öyrənməyə çalışırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR