SABİQ İCRA BAŞÇISI FƏHLƏNİN İFADƏSİNƏ ETİRAZ ETDİ: "Məcbur deyirsiniz ki, rüşvət verib..." - "Adıma 8 min yazdılar, mənə cəmi 800 manat verildi"
13-05-2022 [12:47]
Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə növbəti zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmişlərdən Qəzənfər Fərəcov ifadəsində bunları deyir:
Hakim: DOST iş mərkəzində işləmisiz? Heç müraciət etmisiniz?
Zərərçəkmiş: Xeyr
Digər zərərçəkmiş Xəyal Hacıyev isə indi fəhlə olduğunu, əvvəllər isə İmişli Şəkər Zavodunda işlədiyini bildirib:
“İndi fəhləyəm. Əvvəllər İmişli Şəkər Zavodunda işləmişəm. Vilyam Hacıyevlə heç bir əlaqəm olmayıb”.
Hakim: Kommunal Xidmətlər Mərkəzində işləmisən? Oradan əməkhaqqı almısan?
Zərərçəkmiş: Xeyr
Maraqlısı ondadır ki, məhkəmədə ifadə verən Əhməd Həsənova da digərlərinə ünvanlanan sual verildi...
Prokuror: Hüseyn İbrahimovu tanıyırsınız? DOST iş mərkəzində işləmisiz?
Zərərçəkmiş: Xeyr
Hakim zərərçəkmişin istintaqdakı ifadəsini elan edir:
“2015-ci ildə İmişli rayon İcra Hakimiyyətinə yardım üçün müraciət etdim. Mənim qardaşım Aqil Həsənov orada işləyirdi. Dedi ki, sənə edilən yardımın yalnız bir qismini ala biləcəksən. Mən də razılaşdım.
Bir müddət sonra mənə zəng edib dedilər ki, get, bankdan pulunu çıxart. Mən gedib hesabımda olan 8000 manatı çıxardım.
Arif Həsənov zəng edib dedi ki, həmin pulun 800 manatını özünə götür, 7200 manatı isə bizə ver. Mən də dediyini elədim.
2016-cı ildə yenidən yardım üçün pul verdilər. Hesabımda olan 4000 manat puldan 400 manatını özümə götürüb, 3600 manatı Arif Həsənova verdim.
Daha sonra hesabıma yardım üçün köçürülən 6000 manat puldan 600 manatı özümə götürüb, yenidən 5400 manatı Arif Həsənova verdim”.
Hakim: Belə ifadə vermisən?
Zərərçəkmiş: Mən belə ifadə verməmişəm. Narkoz almışam heçnə yadımda deyil. Pul almamışam.
Hakim: Bu sənin imzandı?
Zərərçəkmiş: Xeyr.
Vəkil vəsatət qaldıraraq həmin şahidin istintaq materialındakı ifadəsinin çıxarılmasını istəyir.
Hakim vəsatəti qəbul etmir.
Keçmiş məhkum olan zərərçəkmiş Taleh Şirəliyev ifadəsində deyir ki, mən rüşvət verməmişəm, sadəcə dövlət rüsumu ödəmişəm:
“Bələdiyyə sədri Mehman İsmayılov əmim oğludur. Mağazamla bağlı sənədlərimi o düzəldib. Onun sayəsində sərəncam verildi. Məndən rüşvət istəməyiblər. Öz xoşumla vermişəm. Sadəcə dövlət rüsumlarını ödəmişəm”.
Prokuror istintaq materialındakı ifadəsinin elan olunmasını istəyir...
Qaranlıq qalan ifadələrə münasibət bildirən Vilyam Hacıyev etiraz edir:
“Siz məcbur deyirsiniz ki, rüşvət verib. Düz deyil axı bu”.
Zərərçəkmişin istintaqdakı ifadəsi elan edilir:
“Mağaza tikintisi üçün İH-ə müraciət etmişdim. Amma buna baxılmırdı. Mən Mehman İsmayılova dedim, o kömək etdi. Amma mənə dedi ki, 400 manat rüsum ödəməlisən. Bu pulu ödədikdən sonra sərəncam verildi və tikinti başlanıldı”.
Vəkil danışıqlara etiraz edərək, şahidin yerinə ifadə verildiyini deyir...
Zərərçəkmiş: Mən deməmişəm baxılmayıb. Sadəcə vaxtı çox uzadırdılar. Xəstə adamam səbrim çatmırdı. Uzun illər məhkum olmuşam. Əsəblərim yerində deyil. Ona görə əmim oğluna tapşırdım. O da mənə rüsum ödəməyimi dedi. Bu qədər. Rüsumu da yarı-yarı ödəmişəm.
Məhkəmənin növbəti iclası mayın 16-a təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb