"Tik-Tok" sosial şəbəkəsi Avropa çempionatının rəsmi sponsoru olub

img

12-05-2022 [15:29]


"Tik-Tok" sosial şəbəkəsi bu il İngiltərədə keçiriləcək futbol üzrə qadınlar arasında Avropa çempionatının rəsmi sponsoru olub.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Avropa futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək.

AVRO-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq/Report.

Qeyd edək ki, Avropa çempionatı 6 - 31 iyulda gerçəkləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR