Elza "üsyan" etdi: "Ailəmi, məni məhv edirlər"
06-05-2022 [14:14]
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanla prodüser Təranə Səmədova arasında ötən gün "Təsir dairəsi" proqramında qalmaqal yaşanıb.
Mia.az axşam.az-a istinadla xəbər verir ki, mübahisənin səbəbi Seyidcahanın anasına məxsus obyektin illər əvvəl keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verməsi, onların isə məkanı mənimsəməyə çalışmasıdır. Bunla bağlı müğənni proqrama gəlib və ona təzyiqlər olunduğunu vurğulayıb:
"Rüstəm Kərimzadə ilə əvvəl razılığa gəlmişdik. Amma hər gün icradan bizə məktub gəlir. Bizim məkanı bunlar satışa qoyur. Ali Məhkəmənin qərarı var ki, biz öz məkanımız üçün onlara pul ödəməliyik. Bizim işimizdə qanunsuzluq var. Əgər mənim nöqtə qədər verəcəyim olsa, məkanımı su qiymətinə satıb verərəm. Evimin sənədini banka qoyub, pul götürmək istədim. Amma 1970-ci ildə köhnə evi bank götürmür. Bir sənət adamına bu qədər zülm verərlər? Onlar vətən, Allah, iman tanımırlar. Deyirlər, get, 20 min, 50 min tap gətir. Haradan tapım? Mən bəstəkar adam axşamlar gedib proqramda oxuyuram. İntihara məcbur olmuşam. Bir insanı belə öldürərlər? Xoşqədəm Hidayətqızı zəng edib ki, bir aktyor xəstədir, gəl ona "Aktyorlar" mahnısını oxu. Deyirəm, siz bilmirsiniz ki, o mahnını yazan adamın özünü diri-diri öldürürlər. Ailəmi, məni məhv edirlər. Mən pulu ödəmirəm demirəm. Ödəyəcəm, amma danışıqlara əsasən. Bura gəlmək səbəbim odur ki, mənə yardım edilsin 63 min manatı həmin adamlara ödəyim. Sonra bu pulu mənə verənlərin borcunu qaytarım".
E.Seyidcahan sənət dostlarına müraciət edərək, ona borc pul vermələrini istəyib.
Təranə Səmədova isə qarşı tərəfin şirkətinin icraçı direktoru olduğunu söyləyib.
Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb