HƏRBÇİLƏR, ÇOXUŞAQLI QADINLAR, PENSİYA NÖVÜNÜN SEÇİMİ... - Pensiya ilə bağlı yeni dəyişikliklər qəbul olundu (Detallar)
26-04-2022 [16:27]
Azərbaycanda hərbi qulluqçulara yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edilir.
Mia.az xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:
- hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
- hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
- ali zabit heyətinə aid şəxslər.
Qüvvədə olan qanuna əsasən isə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Azərbaycanda 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcək.
Mia.az xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.
Eyni zamanda 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.
Başqa sözlə, hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq.
Mia.az xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.
Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Layihəyə əsasən isə bu istisna aradan qaldırılacaq.
Başqa sözlə, hazırda yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır. Eyni zamanda, bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək.
Bununla da yeni tətbiq ediləcək qanunda vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.
Mia.az xəbər verir ki, bununla bağlı “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
“Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Mia.az xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Təklif edilən dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanunun I oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklərdə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi kimi məsələlər yer alır.
Deputatın sözlərinə görə, çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək: "Dəyişikliyə əsasən 8-ci maddədə adıkeçən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək".
Deputat daha sonra deyib ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin pensiya kapitalı tələbi aşağı endirilir: "Pensiyaya çıxma şərtləri yumuşaldılır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təsbit edildiyi 9.1-ci maddədə pensiya kapitalı və 25 il sığorta stajı tələbinin biri ləğv edilir, pensiya kapitalı tələbi 34 560 manata endirilir (hazırda bu rəqəm kişilər üçün 48 960 manat, qadınlar üçün 63 360 manatdır) gözlənilən ödəniş aylarının sayı 144-ə endirilir, (hazırda bu rəqəm kişilər üçün 204 ay, qadınlar üçün 264 ay təşkil edir), nəticədə pensiya məbləği artırılır, 2 şərt (ümumi staj və ya kapital və xüsusi iş stajı) qarşılığında 5 il erkən pensiya hüququ verilir.
9.1, 9.2 və 9.3-cü maddələrə edilən təklifə əsasən kişilərlə qadınların pensiya yaş həddi eyniləşdirilir ki, bu da Qanunun fəlsəfəsindən və təməl prinsiplərindən qaynaqlanır".
Okan Buruk: "Çətin bir komandaya qarşı gözəl bir qələbə qazandıq"
Məşhur aktyor "Uzak Şəhər"dən ayrıldı - Bu səhnəyə görə + FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Biz çox çətinlik çəkdik, amma..." - "Şamaxı"nın Baş məşqçisindən "Qarabağ"la oyun haqda açıqlama (VİDEO)
İstanbulda zəlzələ olub
Prezident İlham Əliyev Avstriya prezidentinə məktub göndərib - MƏTN
PKK terror təşkilatı Türkiyədən tamamilə geri çəkilib
Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi: "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir..."
Zabil Qəhrəmanov barəsində qərar verildi
Heyvan bazarları niyə bağlanır? - VİDEO
"Baş verənlər ata kimi mənim faciəmdir" - Fəzail Ağamalı oğlu haqqında "O, partiyaya gəlməyə layiq olan adam deyil" dedi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (Yenilənib)
Deputat qızının ittihamlarına cavabdan yayındı: "Şər-böhtana şərh vermək istəmirəm"
Vəhdət Partiyası Adəm İsmayıla satıldı, Ana Vətən Partiyası isə... - Elbəyi Həsənli yazır
Əli Nağıyev Tbilisidə rəsmi səfərdə - FOTOLAR
Kəmaləddin Heydərovun adı kitabdan niyə çıxarılıb?
Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da..." - VİDEO
"Qeyri-etik, təhdid xarakterli..." - Deputat qardaşı ilə qurultaydakı gərginliyi belə izah edir
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Vətəni niyə sevirik?
"Oğlum yalan danışır" - Fəzail Ağamalı davadan danışdı
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar (VİDEO)
Sabah yağış yağacaq
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
Prezident İlham Əliyev Tokayevə məktub göndərdi - MƏTN
Yaşlı adamı döyən market mühafizəçisinə cəza verildi
Bakıda ağacları "Ağ Amerika" qurdu basıb - Açıqlama
Xarici İşlər Nazirliyi: "Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və..."
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə
"Zəfər Tariximiz..." - Prezident bu görüntüləri paylaşdı (VİDEO)
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ayşe Barım haqqında həbs qərarı yenidən ləğv olundu
Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
"Panatinaikos"un sükanı Rafael Benitezə tapşırılıb
"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub"
CHP iki deputatı üzvlükdən xaric etdi - Səbəb + FOTOLAR
Kamal Kılıçdaroğlunun siyasi karyerası bitdi