“Qarabağın alban-qıpçaq tarixinə dair” kitabının təqdimatı olub
21-04-2022 [17:09]
BDU-nun Tarix fakültəsində “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabın təqdimat mərasimi keçirilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən verilən məlumata görə, yeni kitabın müəllifləri tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevdir.
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Tarixçiləri” İctimai Birliyi (ATİB) tərəfindən nəşr olunub. Nəşrin layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, elmi redaktoru tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli, dizayner və texniki redaktoru isə ATİB-in sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Tədbiri Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova açaraq bildirib ki, yeni nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir.
Akademik Yaqub Mahmudov çıxışında bildirib ki, Qarabağın qədim alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur: "Amma bəzi dairələr erməni vandallarını müdafiə edir və Azərbaycan Alban kilsələrini erməni kilsələri kimi dünyaya təqdim edirlər. Bu isə ermənilərin əsassız ərazi iddialarına yol açır. Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, qədim Azərbaycan dövləti olan Albaniyaya aid tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Heç bir ilk mənbədə “Albaniya” sözünün önündə “Qafqaz” sözü yoxdur. Amma çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan Albaniya dövləti “Qafqaz Albaniyası” adı ilə təqdim edilib. Ovaxtkı saxtakarlığı hazırda erməni millətçiləri və onların havadarları davam etdirir və iddia edirlər ki, guya müasir Azərbaycan Respublikasının ərazisi tarixən Azərbaycan xalqına məxsus olmayıb. Həqiqət isə belədir: Azərbaycan Respublikası Albaniya dövlətinin tarixi varisidir".
Tarixçi-alimlər Güntəkin Nəcəfli, Elnur Nəciyev və başqaları qeyd ediblər ki, əsərdə Qarabağın alban-qıpçaq tarixi ilk mənbələr əsasında araşdırılır. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban türkləri olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
Tədbirin sonunda ATİB-in sədri Mehri Xanbabayeva xatırladıb ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ATİB tərəfindən “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları”, “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları”, “İrəvan xanlığının əhalisi”, “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib