Yazıçı Anar gənc yazarlarla bağlı suala belə cavab verdi: “Qan qaraldırsınız”

img

19-04-2022 [15:38]


Məlum olduğunu kimi, 35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Anar növbəti dəfə bu posta namizədliyini irəli sürəcək.

Mia.az xəbər verir ki, bunu AYB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid deyib.

Onun sözlərinə görə, yazıçıların bu il Şuşada baş tutacaq qurultayında seçkilər də keçiriləcək: “Anarın məhz Şuşada yenidən AYB sədri seçilməsinin dərin mənası olacaq. Anar müəllim də bildirib ki, namizədliyini irəli sürəcək. O, Şuşaya bağlı adamdır. İlk əsərini Şuşada yazıb, Üzeyir bəy Hacıbəyli haqda “Uzun ömrün akkordları” filmini çəkib, Şuşanın tarixi ilə bağlı “Qarabağ şikəstəsi” adlı yazı yazıb. Şuşa ilə bağlı bir insandır”.

Sosial şəbəkə izləyiciləri və yazarların bəziləri isə artıq 35 ildir ki, Anar Rzayevin eyni postda qalmasını birmənalı qarşılamayıblar.

Mia.az xəbər verir ki, Cebhe.info Yazıçılar Birliyinin sədri Anar Rzayevin fikirlərini öyrənib.

Yazıçı haqqında səsləndirilən fikirlərə “Kim mənim fəaliyyətimi məqbul qarşılamır, adını deyə bilərsiniz? Yazıçılar Birliyinə dəxli olmayan iki adam nəsə deyir, mənə zəng vurulur ki, nəsə deyim”, - deyə münasibət bildirib.

Anar cavanların 90 faizinin onun AYB postunda qalmasını istədiklərini açıqlayıb: “10 faiz olanlar isə Yazıçılar Birliyinin heç üzvü deyillər. Qan qaraldırsınız”.


Digər xəbərlər
SON XƏBƏRLƏR