Quba sakini keçmiş arvadını qətlə yetirib, sonra isə intihar edib

img

19-04-2022 [22:45]


Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Qusar rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA