Lənkəranda fermaya gecəyarısı basqın: qadın bıçaqlandı, baçqınçı isə... 

img

18-04-2022 [11:33]


Lənkəranda fermaya silahlı basqın edən şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, rayonun Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş verən mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb.

Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA