Məşhur aktyor jurnalistlərİ təhqir etdi, daha sonra isə... - VİDEO

img

15-04-2022 [16:15]


İllərdir səhhətindəki problemlərlə mübarizə aparan türkiyəli aktyor Nejat İşlər ötən gecə yenə içkili vəziyyətdə görüntülənib.

Axşam.az xəbər verir ki, məkanların birindən çıxarkən sevgilisi ilə kameralara tuş gəlib. Ayaqda durmaqda çətinlik çəkən Nejat taksiyə minərkən müqavimətini saxlaya bilməyib. Onu yerə yıxılmaqdan yanındakı şəxslər xilas edib. 

O, "Ayaqüstə dura bilmirsiniz" deyən müxbirlərə "Əsl siz ayaqüstündə dayana bilmirsiniz" deyə cavab verib. Lakin qaldığı hotelin qapısında onu tutmaq mükün olmayıb və yerə yıxılıb.

Aktyor onu kamera ilə çəkən müxbirləri təhqir edib.

Qeyd edək ki, Nejat sonuncu dəfə "Sayqı" serialında rol alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR