Bakıda daha bir sensasiyalı qətl: nəvə nənəsini öldürüb

img

12-04-2022 [16:49]


Bakıda nəvə nənəsini qətlə yetirib.

Mia.az Suraxanı Rayon Prokurorluğuna istinadla bildirir ki, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.

Aparılan araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA