Agentlik rəhbəri QHT sədrini “məhşər ayağına” çəkdirib - AQTA-da "razborka"
11-04-2022 [16:47]
Bizimyol.info xəbər portalının 6 aprel tarixində yayımlanmış müsahibə məqaləsindən sonra “Azad İstehlakçılar” Birliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov AQTA-nın İctimai Şurasının toplantısında sözün əsl mənasında “məhşər ayağına” çəkilib.
Mia.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına elə Eyyub Hüseynovun özü məlumat verib.
O, Bizimyol.info xəbər portalına növbəti müsahibəsində bildirib ki, 8 aprel tarixində İctimai Şuranın növbəti iclası baş tutub. Toplantıda İctimai Şura üzvlərindən bir neçə nəfər və AQTA-nın sədr müavini Rəşad Mafusov, AQTA aparat rəhbəri Elxan Mikayılov və bir neçə idarə rəisi iştirak edib. AQTA İctimai Şurasının iclası həmin məqalədə qeyd edilən məsələlər və eləcə də Eyyub Hüseynovun GMO (geni modifikasiya olunmuş orqanizmlər) əleyhinə olan ictimai çıxışları ilə bağlı keçirilib. “Qida Təhlükəsizliyi haqqında” qanunu 13.3, 13.1 maddəsində nəzərdə tutulan və GMO-ya nisbətən Azərbaycanda yol açan bu maddə üzərində geniş mübahisələr aparılıb.
E.Hüseynovun sözlərinə görə, iclasda demək olar ki, cəmiyyət və qida təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etməyən, yalnız ictimai təşkilat sədrinə “hücumlar”, mənasız suallar və onu apardığı işlərdən çəkindirmək jestləri önə sürülüb.
“Hətta "nə istəyirsiniz edim, amma vaxtınızı belə boş mübahisəyə sərf etməyin" dedim. Onu da deyim ki, yanımda heç bir resursum, hətta komputerim də yox idi”,- deyə E.Hüseynov bildirib. Ondan tələb edilib ki, GMO ilə heyvanlar və quşlar yemlənərsə, bunun insan orqanizminə zərərləri sübut edilsin.
“Aparat rəhbəri müxtəlif mənbələrdən nümunələr gətirdi. Mən həmin mənbələri soruşduqda heç bir cavab ala bilmədim. Qısası, məni susdurmağa çalışırdılar. Sədr müavini Rəşad Mafusov iclası belə yekunlaşdırdı: “Bu gün biz toplaşmışdıq ki, Eyyub Hüseynov bizə isbat etsin ki, GMO ilə qidalanan heyvanların ətindən və südündən insanlar zərər çəkə bilər. Eyyub Hüseynov isə bunu edə bilmədi”. Bəli, mən bunu edə bilmədim. Elə bir otaqda, elə bir şəraitdə laboratoriyasız bunu etmək mümkün deyildi. Bu kosmosda Ayın üzərində hansısa bir nöqtəni axtarmağa bənzəyərdi”,- deyə təşkilat rəhbəri bildirib.
İclas zamanı QHT sədri digər məsələyə, yəni soyalarla bağlı məsələyə toxunub. O, bildirib ki, yer üzərində əkilən soyaların 98 faizi GMO-dur. Cənab Prezidentin GMO əkinçiliyi, GMO toxumçuluğunun Azərbaycanda yayılmasına qarşı əhəmiyyətli fərmanları olsa da, Azərbaycan 153 ölkənin ratifikasiya etdiyi GMO-nun izlənməsinə dair kartogen protokoluna qoşulmuş olsa da və Azərbaycan BMT-nin “Ətraf mühit və biomüxtəlifliyin qorunmasına dair” Konvensiyasına qoşulsa da, Azərbaycanda soyanın və rapsın əkildiyini təşkilat sədri dilə gətirib. Və AQTA-ya maraqlı bir sual ünvanlayıb.
“Soruşdum ki, dünyada cəmi 2 faiz geni dəyişdirilməmiş soya var. Məgər o 2 faizdənmi gətirilib Azərbaycana? AQTA nümayəndələrinin cavabı isə belə oldu: “O zaman biz quşçuluq, heyvandarlıq təsərrüfatlarını yemsiz qoyaq, Azərbaycanda aclıq baş versin və s.” Bu kimi mənasız, heç bir elmi əsası olmayan, əvvəlkilərdən fərqli olmayan şura iclası keçirildi. Mən hər zamankı kimi GMO-nun əleyhinə olduğumu bildirdim”,- deyə təşkilat sədri bildirib.
Xatırladaq ki, “Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycanda 25 ildən çoxdur ki, fəaliyyət göstərir. QHT “Consumers International”-ın üzvüdür.
“Bu illər ərzində mən Azərbaycanda istehlakçı hüquqlarının qorunması, ətraf mühitə zərərlər və GMO barədə beynəlxalq təşkilata bir dəfə də olsun mənfi xarakterli hesabat verməmişəm. Mən Azərbaycanı dünya İstehlakçı təşkilatı qarşısında aşağılamayım. Lakin hökumət orqanlarının belə yanaşması və ictimai təşkilatı belə “məhşər ayağına çəkməsi” bizi sövq edir ki, daha yuxarı dövlət orqanlarına müraciət edək və Beynəxalq təşkilatlarla əlaqələrimizi ayrı bir səmtdə quraq”,- deyə E.Hüseynov qeyd edib.
P.S. Sözügedən məqalədə, AQTA-nın fəaliyyətsizliyi, GMO məsələsi, İctimai Şuranın fəaliyyətsizliyi, rəhbərliyin əlçatan olmaması və s. məqamlara toxunulmuşdu. Öncədən qeyd edim ki, məqalə ilə bağlı, həmin iddiaların yer aldığı sorğu AQTA-ya göndərilsə də, hələ də cavab yoxdur. Bu iclasda baş verənlərlə də bağlı AQTA-ya sual ünvaladıq. Sorğularımız cavablandırıldığı zaman sizinlə bölüşəcəyik.
Həqiqətən çox maraqlıdır, dövlət qurumu olan AQTA ünvanladığımız sorğuya cavab vermək və sadalanan problemləri həll etmək əvəzinə, iddiaları ortaya qoyan ictimai təşkilat rəhbərini susdurmağa çalışır. Bu, fəaliyyəti müddəti çox az və fəaliyyəti o qədər də əhatəli olmayan, Azərbaycanda qida təhlükəsizliyinə birbaşa cavabdeh olan, amma gömrükdə səlahiyyəti olmayan, məhsulların Azərbaycana gəldikdən və ya gömrüyü keçdikdən sonra yoxlamasını apara bilən, Gömrük Komitəsinin verdiyi sertifikatları inkar və ya ləğv edə bilməyən bir qurumun "susdurma" kampaniyasıdır?! Bu addım, ölkədə qanunsuz ət kəsiminin qarşısını ala bilməyən və mağazalarda əhatələri yoxlamalar apara bilməyən və ya aparıb vəziyyətə göz yuman, zəhərlənmələr haqqında açıq-ətraflı məlumatları cəmiyyətə çatdıra bilməyən bir qurumun davranışıdır. Bütün bunları nəzərdə saxlayaraq, səlahiyyətləri əhatəli olan dövlət qurumlarını düşünün...
Biz nə zaman Qoşqar Təhməzlini birbaşa bazarlarda reydlərdə görsək, biz nə zaman gömrükdən Azərbaycana gətirilmiş, ancaq sağlamlıq üçün təhlükə daşıyan məhsulların sertifikatlarının ləğv edilməsini görsək, biz vaxtı keçmiş məhsulların üzərinə dəfələrlə yeni tarixlər yapışdıran mağazaların və ya supermarketlərin cəzalandırıldığını görsək, o zaman deyə bilərik ki, "AQTA işləyir".
Belə... Məncə, artıq işləməyə başlamaq lazımdır cənablar... Ölkədə eybəcərlikləri görüb, dilə gətirməyi bacaran 3 adamdan biri olan Eyyub Hüseynovu "vorovskoy" iclasda "razborka"ya çəkib susdurmaq isə bu qurumun Əsasnaməsində yer alan vəzifə deyil.
Qəzzada məktəb bombalanıb - Yaralılar var
Ceyranbatana gedən nəhəng su kəmərində qəzalı vəziyyət - Günlərdir su sızır, baxan yoxdur (VİDEO)
Türkiyədə 74 nəfər qidadan zəhərlənib - Toyda...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda qətl: 14 yaşlı uşaq 15 yaşlı uşağı öldürüb
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadanlar tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq