Bakıda narkotik satan şəxs həbs olunub

img

07-04-2022 [15:01]


Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.

Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA