3 maddəlik ittihamla həbs olunan əməkdar rəssam sərbəst buraxılıb (Yenilənib)

img

30-03-2022 [21:57]


Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib.

O bildirib ki, Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edilib. 

***

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov Report-a  məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR