Gəncədə maskalı şəxslər evə basqın edib: ana və oğluna xəsarət yetirilib

img

20-03-2022 [11:55]


Gəncə şəhərində evə edilən silahlı basqının təfərrüatları məlum olub.

Mia.az Report-a istinadla xəbər verir ki, fərdi yaşayış evinə gizli yolla daxil olan iki maskalı şəxs evdə olan 1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu və onun anası, 1950-ci il təvəllüdlü Xurşid Əli qızı Namazovaya xəsarət yetiriblər.

Belə ki, maskalı şəxslər odlu silahın qundaq hissəsi ilə X.Namazovun baş nahiyəsinə zərbə endiriblər, qadına isə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçılər evdən qaçıblar. Hadisə ilə bağlı polisə məlumat verilib və araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA