Bakıda bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb - FOTO

img

18-03-2022 [17:48]


Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov tutularaq Nəsimi Rayon Polis İdarəsinə (RPİ) gətirilib.

Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib.

Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib.

Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA