“Big Bang”dən sonrakı gerçək həyat, yaxud Marseldən Marsa uçan boş xəyallar...
19-02-2022 [10:54]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Deyilənə görə, artıq orbitinə çatmış təzə amerikan teleskopu bu dəfə Yerin qaranlıq tərəfindən bizim indiyə qədər görmədiyimiz məsafələri görəcək, kainatın yarandığı “Big Bang”, yəni Böyük partlayışdan sonra baş verənlərə işıq tutacaq.
Dünyanın bütün elm və üləmaları bunun həyəcanı ilə yaşayarkən bizim Qafqazın yeni sakinləri olan ermənilər isə il yarım bundan əvvəl Qarabağda başlarına yağmış bombaların partlayışından hələ də özünə gəlməmiş, tam tərsinə boş xəyallarla hər gecə Marsa qədər uçub qayıdırlar. Doğurdan da əgər çürük ordusu yerlə bir olmuş erməni cəmiyyəti bu qədər yumruqdan sonra özünə gəlmiş olsaydı qalxıb özləririni bu qədər gülünc vəziyyətə salmazdılar.
Futbol sevilən oyundur, amma sizi inandırım ki, azarkeşlər onu nə qədər sevsələr də futbolçuların özləri qədər ondan zövq alammazlar. Yəni bir komandaya fanatiklik edib, onun qələbələrinə sevinən, məğlubiyyətinə üzülən nə qədər azarkeş varsa, tək bir futbolçu qədər oyunların nəticəsinə maraqlı ola bilməzlər. Yəni, futbolçular bir peşəkardırlar və hesab nə olursa olsun sonda qalib gələn yenə də dostluq, qazanan isə yenə də futbolçuların özləridir: həm maddi, həm də qeyri-maddi olaraq.
Biz də sevimli komandamız, Azərbaycan futbolunu Avropada layiqincə təmsil edən doğma Qarabağımızın, Ağdamın “Qarabağ” Futbol klubunun qələbələrinə həmişə sevinmiş, ürəkdən azarkeşlik etmişik. Elə, bu yaxınlarda Avroliqa turnirində Olimpik Marsel komandasına qarşı səfərdə keçirdiyi oyun kimi. Təmsilçimiz güclü rəqibinə futbol hesabı ilə uduzsa da baxımlı hucum oyunu ilə təkcə öz azakeşlərinin deyil, bütün tamaşaçıların rəğbətini qazandı. Şübhəsiz, fransız stadionuna toplaşan və ekrandan oyunu izləyən çoxsaylı azarkeşlər Olimpikdən Cengiz Ündərin, yaxud Qarabağdan Tural Bayramovun gözəl oyunlarını doyunca seyr etdiyi zaman tribunalardakı bir qrup hay xəstəsinin özlərinə məxsus provokasiyası da gözdən qaçmadı. Bu mənzərə, sözün əsl mənasında tükü tökülmüş ac itlərin qurda uzaqdan hürməyi qədər miskin olub, sahiblərinə sədaqət göstərmək cəhdindən başqa bir şey deyildi.
“Ermənilər toz kimi bütün dünyaya səpələnmişlər”.
Orta əsrlərdə əsilləri Krımdan olan, ancaq Polşada doğulub Qərbi Ukraynanın Lvov şəhərində o dünyalıq olmuş erməni yazar Simeon Lehatsiyə məxsus olan bu kəlmələr o dövrdən tutmuş indiyə qədər erməni populyasiyasının xəritəsini tam aydın ifadə edir. Argentinadan Arkanzasa, Kaliforniyadan Kamçatkaya, Suriyadan Hindistana qədər toz kimi səpələnmiş ermənilər sanki sosial canlılara xas hisləriylə bir-birini qoxularından tanımaqda əsl dünya çempionudurlar. Elə bu xüsusi iybilmə qabiliyyətidir ki, ermənilər hardasa yaranmış bir boşluğu dərhal tapıb hərəkətə keçər, fürsət düşdükcə aranı qarışdırıb qan tökər, bu mümkün olmadıqda əzabkeş libasını geyib şivən qopararlar. İstənilən halda isə son sədaqət nümunəsi kimi onlara müvəqqəti məskunlaşma yeri vermiş dövlətlərin siyasətçilərinin seçki karvanında beşinci təkər kimi faydalı olmağa çalışıb, bununla da fəxr edərlər. Elə Marseldəki stadionda oturub, Qarabağ xəyalları edənlər kimi.
…Marseldəki ermənilər öz gic işlərində olsun, Cənubi Qafqazda artıq 2022-ci ilin fevralıdır və buradakı ermənilərin tam məğlubiyyəti ilə bitmiş 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağda Azərbaycanın apardığı genişmiqyaslı quruculuq sürətlənməkdə, Zəngəzur dəhlizinin açılması üzərində qətiyyətli işlər aparılmaqda, ağıllı yaşayış məntəqələri yaradımaqda, Mədəniyyət paytaxti Şuşamızın 270 illiyinə hazırlıqlar aparılmaqdadır.
Dünya bazarında taxılın, qızılın, neftin və qazın qiymətinin qalxdığı bir ərəfədə marselli ermənilər 30 il ərzində Zəngilnadan, Kəlbəcərdən qəsb etdikləri tonlarca qızılın, Qarabağın bərəkəli torpaqlarından topladıqları 100 min ton taxılın artıq xəyal olduğunu, əvəzində isə Gorus-Qafan yolu üzərindəki gömrük postunda ödədikləri milyonlarla dollar rüsumun artıq gerçək olduğunu bilməmiş olmazlar. Elə isə Fransada özünə zəngin həyat quran erməni yaxşı olardı ki, Qərbi Zəngəzurda bir xum çaxır və 15 kilo kartofla builki sərt qışı birtəhər keçirən bədbəxt ermənini revanşizmə qızışdırmasın. Çünki, burada, Ermənistandakı həyat sözün əsl mənasında Böyük partlayışdan sonrakı boşluğa bənzəyir. Marselin yaşıl çimlərində oynanan futboldan zövq alıb, minlərlə kilometr uzaqda, Ağrı dağından da o tərəfdəkı yoxsul soydaşlarını təhrik etməkdənsə, oturub harada iyrənc səhvlər etdiklərini bir daha düşünsünlər. Çünki tək bir reallıq, sonunda yüz boş xəyalı paramparça edər.
Reallıq isə odur ki, Qarabağ Azərbaycandır!
MİA.AZ
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)