ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının premyerası keçirilib

img

11-02-2022 [14:45]


Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının premyerası anşlaqla keçib.

Teatrdan Mia.az-a verilən xəbərə görə, Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur. Tamaşada Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva və Gülçin Qasımova çıxış edirlər.

Nümayişdən sonra mədəniyyət nazirinin I müavini Elnur Əliyev, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev ƏSA Teatrının kollektivi ilə görüşüb.

Elnur Əliyev tamaşanın xarici festivallarda ölkəmizi təmsil edə biləcəyini və ƏSA Teatrının qastrol səfərləri həyata keçirməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, ƏSA Teatrının öz səhnəsi olmadığından, tamaşa nümayişlərini ayda bir dəfə Akademik Rus Dram Teatrının səhnəsində həyata keçirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR