“Avroviziya-2022” üçün mahnı seçimi üzrə qəbul başa çatıb

img

03-02-2022 [17:11]


“Avroviziya-2022” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbul başa çatıb.

Məlumata görə, Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmaması və mahnının 2021-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanması müsabiqənin əsas şərti idi/APA.

Qeyd edək ki, Azərbaycan mayın 12-də ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi isə mayın 10-da baş tutacaq.

“Avroviziya-2022”nin final mərhələsi mayın 14-də Turin şəhərində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA