"Əgər təhqirə görə adam həbs olunursa..." Afət Fərmanqızı ərinin həbs olunmasına etiraz etdi + VİDEO (yenilənib)

img

01-02-2022 [14:28]


Afət Fərmanqızının həyat yoldaşı iki maddə üzrə təqsirli bilinir.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.

O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilib.

***

Müğənni Afət Fərmanqızının həyat yoldaşının polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.

M.Nanacanov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

M.Nanacanov barəsində həbs qəti-imkan tədbiri seçiləcəyi gözlənilir.

***

Müğənni Afət Fərmanqızının bir neçə həftə əvvəl ailə qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb.

O, bu barədə özünün sosial media hesabında məlumat yayıb.

Müğənni qeyd edib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, yeddi ildir deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır?”

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR