Qaz xəttinə qanunsuz qoşulma və sayğaca müdaxiləyə görə cinayət işi açılacaq, onlara isə... - Yeni qanun
01-02-2022 [13:20]
Azərbaycanda qaz xəttinə qanunsuz qoşulanlara cinayət işi açılacaq.
Mia.az xəbər verir ki, bununla bağlı "Qaz təchizatı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.
Bununla bağlı Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər olunacaq.
İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla qazdan istifadə qaydaları ilə tənzimlənəcək.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Yeni layihəyə əsasən, qaz qurğuları və qaz xəttlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xəttlərinə texniki xidmət qaydalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Digər dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.
Hazırkı qanunvericiliyə əsasən isə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə olunur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
Prezident İlham Əliyev Ağdərədə - Yenilənir
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA
Müğənni bu fotosu ilə qalmaqal yaratdı, dindarlar etiraz etdi - "Həddini bil!" (FOTO)
Məşhur "Ramiz dayı" restorana "xərac" kəsdiyi üçün saxlanıldı - "Dayı"nın görüntüləri yayıldı (VİDEO)
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb - Müzakirə + FOTO
İlham Əliyev: "Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb"
Sabahın hava proqnozu açıqlanıb
Ağdərənin dağlıq hissəsində yanğın başlayıb
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
PREZİDENT və BİRİNCİ XANIM KƏLBƏCƏRDƏ: açılış, təməlqoyma və sakinlərlə görüş olub - YENİLƏNİR
Aparıcıdan müğənnilərə məktəbli forması ilə bağlı xəbərdarlıq: "Guya iki yüz manat verib iki uşağa..."
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
Rəqsanə İsmayılovanın ərinin ifadəsi alınıb
İDARƏ MÜDİRİ DİGƏR QURUMDA NAZİR MÜAVİNİ OLDU, ANCAQ... - Daha bir tender qalmaqalı, qalib kimdir?
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - Sərəncam
Şəmkirdə kütləvi zəhərlənmə olub - Açıqlamalar (Yenilənib)
SOCAR qeyri-sabit hava ilə bağlı təhlükəsizliyi gücləndirib
SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bank niyə çökdürülür?
Qətl, şantaj, dələduzluq... - “Ulduz”u sönən məşhurlar
Bakıda bəzi ərazilərində ağacları qurd basıb - Açıqlama
FHN-dən əhaliyə küləklə bağlı - Xəbərdarlıq
Sumqayıtda silahlı insident: “Toyota Prado”nun sahibi 43 yaşlı şəxsi döydü, daha sonra isə...
Azərbaycan nefti bahalaşır
Muğlada qayıq batıb: 6 nəfər xilas olunub, 2 uşaq isə itkin düşüb
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar
“Quyuqazan” jurnalistlərimiz… - Təbriz VƏFALI YAZIR
Yaponiyanın müdafiə naziri "Baykar"da - FOTOLAR
Türkiyədə yenə zəlzələ olub - 4 bal gücündə
Türkiyənin daha bir bölgəsində güclü yanğın başlayıb
"Hər iki komandanın şansı bərabərdir" - Mourinyo
Baş məşqçi: "Kerem "Benfika"da olmaqdan xoşbəxtdir"
UEFA Çempionlar Liqası: hansı komandalar qalib gəldi? - NƏTİCƏLƏR
HƏMAS-dan İsrailin yeni ilhaq planına reaksiya: "...əvvəlkilər kimi uğursuz olacaq"
İsrail hərbçiləri gözü çıxarılan jurnalisti həbs edib